525.Az

İspaniya və Norveç Fələstini tanımağa hazır olduqlarını bildiriblər


 

İspaniya və Norveç Fələstini tanımağa hazır olduqlarını bildiriblər<b style="color:red"></b>

İspaniya və Norveç hakimiyyəti Fələstini dövlət kimi tanımağa hazırdır, lakin hələlik konkret tarixlər yoxdur.

525.az Report-a istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes Norveçdə keçirdiyi mətbuat konfransında deyib.

"Norveç və İspaniya bu addımı atmağa hazırdırlar. Biz Fələstini mümkün qədər tez tanımağa hazırıq", - o vurğulayıb. P.Sançes, həmçinin Yaxın Şərq nizamlanması üzrə beynəlxalq konfransın keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Bundan əvvəl İspaniyanın Baş naziri Madridin Fələstini iyula qədər tanıya biləcəyini qeyd edib.

 





12.04.2024    çap et  çap et