525.Az

"Fənərbaxça"nın futbolçusu üçün mövsüm bitdi


 

"Fənərbaxça"nın futbolçusu üçün mövsüm bitdi<b style="color:red"></b>


"Fənərbaxça" ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, dünən Konfrans Liqasının 1/4 finalında "Olimpiakos"la oyunda (2:3) zədələnən Ceydon Ostervolde uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 niderlandlı müdafiəçi vətənində əməliyyat olunacaq. Onun mövsümün qalan hissəsini buraxacağı bildirilib.

Qeyd edək ki, Ostervolde bu mövsüm "Fənərbaxça"da 41 oyunda 2 qol vurub.

 





12.04.2024    çap et  çap et