525.Az

“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı bilindi


 

“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı bilindi<b style="color:red"></b>

“Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.

525.az xəbər verir ki, gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.

Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də olacaq.

Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.

 





12.04.2024    çap et  çap et