Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.
525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.