"Xalq yazıçısı Çingiz Abdullayevin səhhəti yaxşılaşır".
525.az xəbər bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.
Onun sözlərinə görə, Çingiz Abdullayev bir həftə əvvəl xəstəxanaya yerləşdirilib.
"Əvvəl reanimasiyada idi. Sonra, şükür Allaha ki, səhhəti normallaşdı. İndi müalicəsi davam edir. Palatadadır".