525.Az

Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” adlı layihə təqdim olunacaq


 

Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” adlı layihə təqdim olunacaq<b style="color:red"></b>

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şəki-Zaqatala, Şirvan-Salyan, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə növbəti dəfə 15 -20 aprel tarixlərində "Xalqın mədəni sərvəti" layihəsini təqdim edəcək.

525.az-a Filarmoniyadan verilən xəbərə görə, layihə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" ordenli, "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 illiyinə həsr olunacaq.

 





13.04.2024    çap et  çap et