525.Az

“Boko Haram”-ın başçısı öldürüldü


 

“Boko Haram”-ın başçısı öldürüldü<b style="color:red"></b> Sentyabrın 24-də Nigeriya Silahlı Qüvvələri  “Boko Haram” qruplaşmasının başçısı Əbubəkr Şekainin öldürüldüyünü bəyan edib.
 
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onun rəhbərliyi altında ekstremistlər uzun illər hökumətə qarşı mübarizə aparıblar.
 
Qeyd edək ki, avqustun 24-də “Boko Haram”ın lideri Əbubəkr Şekai Quoza şəhərində  “İslam Dövləti”nin yaradıldığını elan etmişdi.
 
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.  2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.
 





25.09.2014    çap et  çap et