525.Az

Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərib


 

Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı Roma Papası I Fransiskə məktub göndərib. 

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məktubda Qəzzada beynəlxalq və humanitar hüququn pozulmasına artıq icazə verilməməyinin vacibliyi vurğulanıb: 

“Bəşəriyyət müharibədə toxunulmaz statusuna malik xəstəxanaların, məktəblərin, məscidlərin və kilsələrin məqsədli şəkildə bombalanmasına qarşı səsini ucaltmalıdır. Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla, yaranması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir”.

 





13.04.2024    çap et  çap et