525.Az

Şahruddin oynadı, "Adana Demirspor" heç-heçə etdi


 

Şahruddin oynadı, "Adana Demirspor" heç-heçə etdi<b style="color:red"></b>

Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.

525.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” öz meydanında "Kayserispor"u qəbul edib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Ş.Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və sonadək oynayıb.

32 turdan sonra 40 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Kayserispor" 37 xalla 14-cüdür. Siyahıya 84 xalla "Qalatasaray" başçılıq edir.

 





13.04.2024    çap et  çap et