525.Az

ABŞ "İŞİD"-i yenə vurdu


 

ABŞ "İŞİD"-i yenə vurdu<b style="color:red"></b> ABŞ bir sıra ərəb ölkələrinin iştirakı ilə "İŞİD" qruplaşmasının Suriyadakı mövqelərinə yeni zərbələr endirib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı terrorçuların ələ keçirdiyi bir sıra neft yataqları bombardman edilib.
 
Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi hazırda əməliyyatın davam etdiyini bildirib.
 
Qeyd edək ki, ötən iki gün ərzində ABŞ-ın Hərbi-Hava Qüvvələri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qatarın hava qüvvələri ilə birgə “İŞİD” qruplaşmasının Suriyadakı mövqelərini raket-bomba zərbələrinə məruz qoyub.
 





25.09.2014    çap et  çap et