525.Az

Daha 4 idmançımız Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq


 

Daha 4 idmançımız Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq<b style="color:red"></b>

Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq.

525.az-ın Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, yarışın ilk günü idmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

 





14.04.2024    çap et  çap et