525.Az

Millimizin üzvü FİNALDA


 

Millimizin üzvü <b style="color:red">FİNALDA</b>

Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından 525.az-a verilən məlumata görə, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

 





14.04.2024    çap et  çap et