525.Az

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb


 

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb<b style="color:red"></b>

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib.

Buna baxmayaraq, qəzalarda xəsarət alanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki illə müqayisədə 200 nəfər azdır.

Yol hadisələri zamanı 442 nəfər ölüb ki, bu da 2022-ci illə müqayisədə 12 nəfər çoxdur.

Son 5 ildə isə Gürcüstanda nəqliyyat vasitələrinin sayı 391 min artaraq 1,68 milyona çatıb.

Qeyd edək ki ölkə əhalisinin sayı 3,7 milyon nəfərdir.

 





14.04.2024    çap et  çap et