525.Az

Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb


 

Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə 525.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

 





14.04.2024    çap et  çap et