525.Az

Abdullahiyan: İran iqtisadi və mülki obyektlərə zərbələr endirməyib


 

Abdullahiyan: İran iqtisadi və mülki obyektlərə zərbələr endirməyib<b style="color:red"></b>

İran İsrailə qarşı əməliyyat zamanı iqtisadi və mülki obyektlərə zərbələr endirməyib.

"Report" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“İranın İsrailə qarşı hərbi əməliyyatı məhdud idi. İran F-35 təyyarələri üçün uçuş-enmə zolaqlarını hədəfə alıb”, - XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, İsrailin bu ay İranın Dəməşqdəki konsulluğuna etdiyi hücum beynəlxalq razılaşmaların pozulması idi.

 





14.04.2024    çap et  çap et