525.Az

Zakir Həsənov İordaniya Kralı ilə görüşdü


 

Zakir Həsənov İordaniya Kralı ilə görüşdü<b style="color:red"></b>

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

Bu barədə 525.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını çatdırıb.

Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

 





14.04.2024    çap et  çap et