525.Az

Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb


 

Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb<b style="color:red"></b>

qızıl medal qazanıb

Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb

Azərbaycan boksçusum Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.

525.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda ukraynalı Oleksandr Zveryevlə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında 54 kq çəki dərəcəsində Ömər Aslanlı Ukraynanı təmsil edən digər boksçu Maksim Çekinlə üz-üzə gələcək.

 





14.04.2024    çap et  çap et