525.Az

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın ABŞ-li həmkarı ilə danışıqlar aparıb


 

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın ABŞ-li həmkarı ilə danışıqlar aparıb<b style="color:red"></b>

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns ilə telefon danışığı aparıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“CNN Türk”ün məlumatına əsasən, Börns İbrahim Kalından İranın İsrailə hücumu məsələsi ilə bağlı vasitəçi olmasını istəyib. İbrahim Kalın Qəzzada aparılan atəşkəs danışıqlarına dair həmkarı ilə fikir mübadiləsi aparıb. Bu danışıqdan sonra isə İbrahim Kalın HƏMAS ilə müzakirələr aparıb.

Təmasların Ramazan Bayramında baş tutduğu qeyd olunub.

 





14.04.2024    çap et  çap et