525.Az

İsrail ordusu İranın atdığı mərmilərin sayını açıqlayıb


 

İsrail ordusu İranın atdığı mərmilərin sayını açıqlayıb<b style="color:red"></b>

İran ümumilikdə 60 tona yaxın partlayıcı maddə daşıyan İsrailə müxtəlif tipli 350 mərmi atıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari brifinqdə bildirib.

Onun sözlərinə görə, yalnız “bir neçə raket” ölkə ərazisinə çataraq “kiçik ziyan” vurub.

“İranın planı iflasa uğradı”, – o vurğulayıb.

Haqari əlavə edib ki, İsrail ordusu “hələ də yüksək hazırlıq vəziyyətindədir” və “mütəmadi olaraq vəziyyəti qiymətləndirir”.

“Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”, – Haqari qeyd edib.

 





14.04.2024    çap et  çap et