525.Az

Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə edib


 

Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə edib<b style="color:red"></b>

ABŞ Prezidenti Cozef Bayden İordaniya kralı II Abdullah ilə İranın İsrailə hücumunu müzakirə edib.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Bayden “İordaniya və onun əhalisi üçün də təhlükə yaradan İranın hücumunu pisləyib”.

“Liderlər vəziyyəti izləməyə davam etdiklərini və yaxın günlərdə əlaqə saxlayacaqlarını vurğulayıblar”, – mətbuat xidməti qeyd edib.

ABŞ və İordaniya liderləri Qəzza zolağındakı vəziyyətə də toxunaraq Fələstin anklavına çatdırılan humanitar yardımın həcmini artırmaq niyyətlərini təsdiqləyiblər.

 





14.04.2024    çap et  çap et