525.Az
Poroşenko Ukraynanın müdafiəsi üzrə təxirəsalınmaz tədbirlər haqqında qanun imzalayıb
Pyotr Poroşenko “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında” qanun imzalayıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında bildirilir.
Qanunda Ukraynanın xarici siyasət sahəsində milli prioritet kimi ABŞ, Avropa İttifaqı və NATO ilə strateji əməkdaşlıq göstərilir. Sənədin bəzi bəndləri məxfiləşdirilib. Qanun sentyabrın 24-dən qüvvəyə minib.
25.09.2014
çap et