525.Az

Azərbaycan diasporu Qazaxıstanda yardım kampaniyasında iştirak edir


 

Azərbaycan diasporu Qazaxıstanda yardım kampaniyasında iştirak edir<b style="color:red"></b>

Qazaxıstanda baş vermiş daşqınlarla mübarizədə Azərbaycan diasporunun nümayəndələri birlik və həmrəylik nümayiş etdirirlər.

525.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan diaspor təşkilatları tərəfindən vəziyyətin daha ağır olduğu Atırau, Aktobe, Akmola, Kostanay, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində təxliyə olunan insanlar üçün yardım kampaniyası təşkil edilib.

Eyni zamanda Kostanay, Aktau, Atırau, Almatı, Türküstan və s. vilayətlərdə yaşayan azərbaycanlılar fəlakət bölgəsinə yardım toplamaq üçün səfərbər olublar. Əsasən isti geyimlər, yataq dəstləri və zəruri qidalardan ibarət yardımlar ehtiyacı olanlara göndərilib.

 





15.04.2024    çap et  çap et