525.Az

Özbəkistan Prezidenti Tacikistana səfər edəcək


 

Özbəkistan Prezidenti Tacikistana səfər edəcək<b style="color:red"></b>

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 18-də Tacikistana rəsmi səfər edəcək.

525.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə Tacikistan KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Özbəkistan dövlət başçısının səfəri iki gün davam edəcək.

Ş.Mirziyoyev səfərə Özbəkistan nümayəndə heyəti ilə yollanacaq. Onlar ticari-iqtisadi və investisiya forumunda, eləcə də məhsul və malların sərgisində iştirak edəcək.

 





15.04.2024    çap et  çap et