525.Az

Baydendən Netanyahuya XƏBƏRDARLIQ


 

Baydendən Netanyahuya <b style="color:red">XƏBƏRDARLIQ</b>

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya İranın hücumlarına cavab verməzdən əvvəl diqqətlə düşünmək barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, yüksək rütbəli amerikalı məmur Baydenin Netanyahu ilə telefon danışığı ilə bağlı jurnalistlərə açıqlama verib. Məmur Baydenin görüş zamanı Netanyahuya gərginliyin artması riskini diqqətlə nəzərdən keçirmək və məsələyə strateji tərəfdən yanaşmağın lazım olduğunu bildirib.

Qeyd edək ki, məlumata görə, İsrail ABŞ-ə İranla gərginliyi artırmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Məhəmməd Tağıyev

 





15.04.2024    çap et  çap et