525.Az

Pakistanda güclü yağış: Ölənlərin sayı 39-a yüksəlib


 

Pakistanda güclü yağış: <b style="color:red">Ölənlərin sayı 39-a yüksəlib</b>

Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının 39-a yüksəldiyi bildirilib.

525.az xəbər verir ki, təbii fəlakət agentliyinin rəsmiləri Pəncab, Bəlucistan və Hayber-Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış və ildırım çaxmaları nəticəsində ən azı 39 nəfərin həyatını itirdiyini açıqlayıb.

Səlahiyyətlilər həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb. Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib.

Qeyd edək ki, yağışların yaratdığı daşqınlarda çox sayda ev zərər görsə də, infrastruktura da ciddi ziyan dəyib.

Məhəmməd Tağıyev

 





15.04.2024    çap et  çap et