525.Az

Biz İsraili gərginliyi artırmamağa çağırırıq - Britaniya XİN


 

Biz İsraili gərginliyi artırmamağa çağırırıq - <b style="color:red">Britaniya XİN</b>

Böyük Britaniyanın xarici işlər naziri David Kameron İsraili gərginliyi azaltmağa çağıraraq, İranın uğursuz hücumlarını qələbə kimi qəbul etməli olduğunu iddia edib.

525.az xəbər verir ki, Kemeron gündəmlə bağlı sualları cavablandırıb. Kameron: "Əgər siz İsraildə olsanız, haqlı olaraq cavab vermək hüququnuz olduğunu düşünərdininiz, lakin biz onları gərginliyi artırmamağa çağırırıq", - deyib.

Hücumların İran üçün iki fərqli məğlubiyyətə işarə etdiyini qeyd edən Kemeron, İranın hücumlarının həm uğursuz olduğunu, həm də bütün dünyanın onların hücum edən tərəf olduğunu gördüyünü açıqlayıb.

Məhəmməd Tağıyev

 





15.04.2024    çap et  çap et