525.Az

Sidneydə 6 nəfəri öldürən şəxsin kimliyi məlum olub


 

Sidneydə 6 nəfəri öldürən şəxsin kimliyi məlum olub<b style="color:red"></b>

Avstraliyanın Sidney şəhərindəki "Westfield Bondi Junction" ticarət mərkəzində 6 nəfəri öldürən şəxsin kimliyi məlum olub.

525.az xəbər verir ki, ətrafındakı insanları bıçaqlayan 40 yaşlı təcavüzkar Col Kauçi beş qadın və bir kişi olmaqla altı nəfəri öldürdükdən sonra polis tərəfindən güllələnib. Hadisə zamanı bir körpə də daxil olmaqla bir neçə nəfər yaralanıb. Səlahiyyətlilər hücumun çox güman ki, Kauçinin psixi sağlamlığı ilə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, hadisə zamanı yaralanan 9 aylıq körpə qızın 38 yaşlı anası Eşli Qud da dünyasını dəyişib.

Məhəmməd Tağıyev

 





15.04.2024    çap et  çap et