525.Az

Makron İran pilotsuz təyyarələrini vurduqlarını bildirib


 

Makron İran pilotsuz təyyarələrini vurduqlarını bildirib<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makron İsrailə hava hücumu həyata keçirən İran pilotsuz təyyarələrini İordaniya hava məkanında vuraraq qarşısını aldıqlarını açıqlayıb.

525.az xəbər verir ki, Makron beynəlxalq idman təşkilatını və Yaxın Şərqdəki hadisələri dəyərləndirib. İranın bu həftə sonu İsrailə hücumuna toxunan Makron, Tehranın aprelin 1-də Dəməşqdəki konsulluğuna İsrail tərəfindən edilən hücuma qeyri-mütənasib cavab verdiyini iddia edib.

Belə ki, Makron İordaniyanın tələbi ilə həftə sonu öz təyyarələri ilə ölkənin hava məkanında İran pilotsuz təyyarələrini vurduqlarını bildirib.

Fransanın İordaniyada hərbi bazası olduğunu xatırladan Makron, İordaniyanın hava məkanının pozulduğunu söyləyib.

Məhəmməd Tağıyev

 





15.04.2024    çap et  çap et