525.Az

G7 liderləri İranın İsrailə hücumunu PİSLƏYİR


 

G7 liderləri İranın İsrailə hücumunu <b style="color:red">PİSLƏYİR</b>

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel bildirib ki, G7 liderləri İranın İsrailə hücumunu pisləyib və bütün tərəfləri mülayim olmağa çağırıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Mişel açıqlamasında bildirib ki, İtaliya prezidentinin çağırışı ilə bir araya gələn üzv ölkələrin liderləri İranın İsrailə hava hücumunu yekdilliklə pisləyiblər.

Video konfrans vasitəsilə toplanan liderlərin bütün tərəfləri mötədilliyə çağırdıqlarını qeyd edən Mişel: "Gərginliyi azaltmaq üçün bütün səylərimizi davam etdirəcəyik", - deyib.

Mişel həmçinin: "Xüsusilə də dərhal atəşkəs yolu ilə Qəzzada böhrana ən qısa zamanda son qoyulması fərq yaradacaq" - deyə vurğulayıb.

Aİ Şurasının sədri qeyd edib ki, bu məsələ Aİ-nin aprelin 17-18-də keçiriləcək sammitində konkret olaraq müzakirə olunacaq

Malik Atilay 

 





15.04.2024    çap et  çap et