525.Az

İsraildən İrana qarşı sanksiya tələbi


 

İsraildən İrana qarşı <b style="color:red">sanksiya tələbi</b>

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat İranın İsrailə hücumundan sonra İrana sanksiyaların tətbiqini tələb edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Haiat sosial şəbəkədəki paylaşımında İranın ötən gecə hava hücumundan əlavə, İsrailə qarşı “İraqda milislər, Yəməndə Husilər və Livanda Hizbullah tərəfindən əlavə hücumlar həyata keçirildiyini” bildirib.

“İranın nüvə silahı olmamalıdır”, - fikrini irəli sürən Haiat: “İran təcavüzünün bədəlini ödəməlidir”, - deyib.

Haiat İran İnqilabı Keşikçiləri Korpusunun “terror təşkilatı” kimi tanınmalı olduğunu müdafiə edərək, raket sahəsində də daxil olmaqla, İrana qarşı “ağrılı sanksiyalar” tələb edib.

Malik Atilay

 





15.04.2024    çap et  çap et