525.Az

"Sabirabad Gənclər evi"ndə “Böyük zəfərə gedən yol” adlı görüş keçirilib


 

"Sabirabad Gənclər evi"ndə “Böyük zəfərə gedən yol” adlı görüş keçirilib<b style="color:red"></b>

"Sabirabad Gənclər evi"ndə “Aprel döyüşləri”nin ildönümünə həsr olunmuş “Böyük zəfərə gedən yol” adlı görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev, şəhid Mayılov Bəxtiyarın atası İxtiyar Mayılov, şəhid Əsgərov Firavanın atası Xanbala Əsgərov, şəhid Abbaslı Elgizin atası Fuad Abbasov, şəhid Budaqlı İsmayılın atası Məhərrəm Budaqov, şəhid Hüseynli Ağanın atası Aydın Hüseynov, şəhid Məmmədhəsənov Qasimin atası Bilal Məmmədhəsənov, şəhid Cəfərov Şahların atası Fəzail Cəfərov, şəhid Əkbərov Rahilin atası Canəhməd Əkbərov, şəhid Tağıyev Fuadın atası Mərdan Tağıyev, şəhid Həsənov Həsənin atası Səfər Həsənov, Aprel döyüşçülərinin iştirakçısı qazi Orxan Ağamalıyev iştirak ediblər.

"Sabirabad Gənclər evi"nin təşkilatçılığı ilə keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə anılıb.

Daha sonra Gənclər evinin direktoru Rəşad Qurbanov vətənpərvərlik istiqamətində müəssisədə təşkil olunan fəaliyyətlər və layihələr barədə iştirakçılara məlumat verib.

Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev çıxış edərək Aprel döyüşlərinin Zəfər tariximizdə xüsusi rolu olduğunu vurğulayıb, eyni zamanda Murad Mirzəyevin keçdiyi döyüş yolu barədə iştirakçılara məlumat verib.

Şəhid Şahlar Cəfərovun atası Fəzail Cəfərov gənclərimizin vətənə bağlı olduğunu və hər zaman gənclərimizlə fəxr etdiklərini qeyd edib.

Şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov, rayon ziyalısı Telman Qurbanov, Aprel döyüşlərinin iştirakçısı qazi Orxan Ağamalıyev, Veteranlar Şurasının sədri Faiq Hüseynov müəssisədə təşkil olunan bu istiqamətli tədbirlərin əhəmiyyətindən və gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıblar.

Tədbirin sonunda "Sabirabad Gənclər evi"nin könüllüsü Əli Ağazadə qonaqlar üçün “Xudayar təsnifi”ni ifa edib. Dəvət olunan qonaqlara xüsusi minnətdarlıq bildirilib və iştirakçılarla xatirə şəkli çəkdirilib.

 





15.04.2024    çap et  çap et