525.Az

"Cari ilin üç ayında paytaxtda yol qəzalarında 33 nəfər ölüb" -  DİN


 

"Cari ilin üç ayında paytaxtda yol qəzalarında 33 nəfər ölüb" - <b style="color:red"> DİN</b>

Paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub.

525.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin 2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatında bildirilib.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı isə 5 nəfər (6,5 %) azalıb.

 





16.04.2024    çap et  çap et