525.Az

Uşaqlarda allergik xəstəliklər artıb


 

Uşaqlarda allergik xəstəliklər artıb<b style="color:red"></b>

“Yay fəslindən payıza keçəndə insan orqanizminin müqaviməti zəifləyir. Bu dövrdə allergik xəstəliklərə meylli olan uşaqlarda xəstəlik aktivləşir”.

Bunu Lent.az-a açıqlamasında Əməkdar elm xadimi, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova bildirib. Onun sözlərinə görə, son günlər havaların soyuması səbəbindən ölkədə uşaqlar arasında allergetik, soyuqdəymə kimi xəstəliklər artıb:
 
"Burun tutulma, öskürək kimi əlamətlərlə həkimə müraciət edirlər. Fəsillər dəyişdiyi üçün uşaqların uyğunlaşması çətinləşib. Valideynlərin günahı ondadır ki, uşaqlarını lazımınca geyindirmirlər, soyuqdan qorumurlar”.

A. Əyyubova vurğulayıb ki, xəstəlik bütün uşaq yaş qruplarında özünü biruzə verir.

Kafedra müdirinin sözlərinə görə, uşaq yemləri də allergretik xəstəliklərə səbəb olur:

“Uşaq yemlərinin tərkibində meyvə-tərəvəz olur. Uşaqlar da bunu qəbul edə bilmir. Çünki bu, onlara yad qidadır. Əgər kiminsə uşağı xəstələnibsə, yaxşı olar ki, valideyn onu məktəbə göndərməsin. Çünki sinifdəki digər uşaqları da yoluxdura bilir”.

 





25.09.2014    çap et  çap et