|
|
|
|
"İcbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri gedir".
Lent.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib.
Nazir müavininin sözlərinə görə, bu əvvəl pilot şəkildə həyata keçiriləcək, sonra isə bütün respublikanı əhatə edəcək:
"Yaxın zamanlarda bunu tətbiq edəcəyik. Bəzi ölkələrdə bunun tətbiqi əvvəlcə problemlə qarşılanıb.
Bəzilərində isə tətbiq edildikdən sonra imtina edilib. Bütün bunları nəzərə alaraq biz bu işə elə başlamaq istəyirik ki, sonradan problemlə üzləşməyək. Biz artıq uyğun modeli seçdiyimizi düşünürük. Qanunvericilik bazası da hazırdır".
Nazir müavini E. Ağayev ailə həkimi məsələsinə də toxunub və ölkədə bu təcrübənin olduğunu bildirib:
"Artıq bir neçə ildir ki, Azərbaycanda ailə həkimi hazırlanır. Gələcəkdə bu iş daha geniş vüsət alacaq.
Xüsusən də tibbi sığorta tətbiq edildikdən sonra ailə həkimləri öz funksiyasını daha yaxşı göstərəcək".