525.Az

ABŞ-da video oyunlar muzeyi fəaliyyətə başlayacaq


 

ABŞ-da video oyunlar muzeyi fəaliyyətə başlayacaq<b style="color:red"></b> Yaxın vaxtlarda müxtəlif video oyun həvəskarları ABŞ-da fəaliyyətə başlayacaq ilk video oyunlar tarixi muzeyinə (Videogame History Museum) tamaşa edə biləcək.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu muzeyin rəsmi saytı yayımlayıb.

Əvvəlcə muzeyin tikintisi “Silikon vadisi”ndə planlaşdırılsa da, sentyabrın 18-də onun Texas ştatının Frisko şəhərində yerləşəcəyi elan edilib.
 
Video oyunlar tarixi muzeyinin açılması Frisko şəhər ictimai inkişaf korporasiyasının (Frisco Community Development Corporation) muzeyin inkişafı, əlavə parklama yerlərinin yaradılması və digər hazırlıq işlərinin keçirilməsi üçün 800 min dollar ayırması sayəsində mümkün olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və "Frisco Convention & Visitors Bureau” şirkəti də muzeyin inkişafına 100 min dollar ayırıb.
 
“Biz şadıq ki, video oyunlar muzeyi yaradılır”, - təsisçilər bildirib.
 
Muzey 970 kvadratmetr ərazini tutmaqla Frisko şəhər tədqiqat mərkəzinin (Frisco Discovery Center) daxilində yerləşəcək. Muzeydə konsol, oyun avtomatları, portativ oyunlar, klassik oyunlar və s. kolleksiyalarını görmək mümkün olacaq.
 
Təsisçilər muzeyin maliyyə, dizayn və icarə haqqı məsələlərinin təsdiqlənməsi ilə bağlı ictimai dinləmələri gözləyir. Tikinti işlərinə 2015-ci ilin yanvarından başlamaq, açılış mərasimi isə aprelə planlaşdırılır, - "Hi-TechNews” yazır.
 





25.09.2014    çap et  çap et