525.Az

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır


 

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır<b style="color:red"></b>

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen (Janet Yellen) deyib.

O bildirib ki, bu, İranın İsrailə hücumuna cavabdır.

Nazirin sözlərinə görə, Vaşinqton Tehrana qarşı mübarizədə tərəfdaşları ilə işləməkdən çəkinməyəcək.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum həyata keçirib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

 





16.04.2024    çap et  çap et