525.Az

“İnsan Resursları” üzrə təcrübə proqramı elan edilib


 

“İnsan Resursları” üzrə təcrübə proqramı elan edilib<b style="color:red"></b>

“Gesco” ASC “İnsan Resursları” üzrə təcrübə proqramı elan edib.

Bu barədə 525.az-a Təhsil Tələbə Krediti Fondundan bildirilib.  

Tələblərə görə proqramda 4-cü kurs tələbələri, 2022-2023-cü il məzunları (İR sahəsində təcrübəli/təcrübəsiz şəxslər), “MS Office” proqramlarında sərbəst işləmək bacarığı olanlar,  Azərbaycan dili yüksək, rus və ingilis dilləri ünsiyyət səviyyəsində olanlar iştirak edə bilərlər. Proqramda ixtisasla bağlı tələb yoxdur. 2 ay müddətində davam edəcək təcrübə proqramını müvəffəqiyyətlə başa vuran şəxslər sonda sertifikatla təltif olunacaq. Namizədlər arasından 3-5 nəfər seçiləcək.

Sevinc Qarayeva 

 





16.04.2024    çap et  çap et