525.Az

Rüfət Dadaşov üçün mövsüm başa çatdı


 

Rüfət Dadaşov üçün mövsüm başa çatdı<b style="color:red"></b>

Azərbaycan millisinin "Dinamo"da (Almaniya) çıxış edən sabiq üzvü Rüfət Dadaşov üçün cari mövsüm başa çatıb.

QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Məşq zamanı zədələnən 32 yaşlı futbolçu bu mövsüm meydana çıxa bilməyəcək.

Daha əvvəl Rüfətin 4-6 həftəyə sağalacağı və mövsümün son oyunlarında iştirak edəcəyi gözlənilirdi. Lakin onun zədəsinin daha ciddi olduğu ortaya çıxıb. Rüfət yalnız yeni mövsümün başlanğıcında komanda ilə məşqlərə qatıla biləcək. 

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm "Dinamo"nun heyətində 28 oyun keçirib, 14 qol vurub və 5 qolun ötürməsini verib.

 





16.04.2024    çap et  çap et