525.Az

ABŞ-də çökən körpüdən çaya düşənlərdən daha birinin cəsədi tapılıb


 

ABŞ-də çökən körpüdən çaya düşənlərdən daha birinin cəsədi tapılıb<b style="color:red"></b>

Martın 26-da ABŞ-nin Baltimor şəhərində yük gəmisi tərəfindən vurulan Francis Scott Key körpüsünün çökməsi nəticəsində çaya düşən daha bir nəfərin cəsədi tapılıb.

525.az xəbər verir ki, ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin vurması nəticəsində çökən Francis Scott Key körpüsündən çaya düşən işçilərin axtarışları davam edir. 

Belə ki, itkin düşən işçilərdən daha birinin cəsədi tapılıb. Lakin ailəsinin tələbi ilə həmin şəxsin kimliyi açıqlanmayıb. 

Qeyd edək ki, 8 inşaat işçisindən 2-ii xilas edilmiş, 2-nin də cəsədi tapılmışdı.

Məhəmməd Tağıyev

 





16.04.2024    çap et  çap et