525.Az

"easyJet" İsrailə uçuşları oktyabrın 27-dək dayandırıb


 

"easyJet" İsrailə uçuşları oktyabrın 27-dək dayandırıb<b style="color:red"></b>

Britaniyanın "easyJet" hava yolu şirkəti təhlükəsizlik səbəbilə oktyabrın 27-dək Təl-Əvivə uçuşları dayandırdığını açıqlayıb.

525.az xəbər verir ki, aviaşirkətdən verilən açıqlamada İsraildəki davam edən vəziyyət səbəbiylə "easyJet"in yay mövsümü də daxil olmaqla Təl-Əvivə uçuşlarının oktyabrın 27-dək dayandırılmasına qərar verdiyi bildirilib.

Açıqlamada qeyd olunan tarixə qədər bileti olan sərnişinlərə ödənişin geri qaytarılması da daxil olmaqla müxtəlif variantların təklif ediləcəyi bildirilib.

Məhəmməd Tağıyev

 





16.04.2024    çap et  çap et