525.Az

İtaliya sülh üçün əsgər göndərməyə hazırdır


 

İtaliya sülh üçün əsgər göndərməyə hazırdır<b style="color:red"></b>

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Fələstin dövləti qurulacağı təqdirdə başqa ölkələrin qüvvələri ilə əsgər göndərilməsi də daxil olmaqla, sülh üçün çalışmaq istədiklərini bildirib.

525.az xəbər verir ki, Tayani beynəlxalq gündəmdə olan məsələlərlə bağlı qiymətləndirmələr edib. 

İtaliya hökumətinin sülhə sadiq olduğunu vurğulayan Tayani: "Biz İsrailin dostuyuq, lakin sülh üçün çalışmaq, o cümlədən Fələstin dövləti yaradılacağı təqdirdə potensial olaraq başqa ölkələrin qüvvələri ilə sülh üçün ora qoşun göndərmək istəyirik", - deyib.

Fələstin rəhbərliyi ilə güclü dialoqa sahib olduqlarını bildirən Tayani, Fələstinin Baş naziri Məhəmməd Mustafanı Romaya dəvət etdiyini də xatırladıb.

Məhəmməd Tağıyev

 





16.04.2024    çap et  çap et