525.Az

İranın Parisdəki səfiri Fransa XİN-ə çağırıldı


 

İranın Parisdəki səfiri Fransa XİN-ə çağırıldı<b style="color:red"></b>

İranın Parisdəki səfiri Məhəmməd Əmin-Nejad ölkəsinin İsrailə hava hücumundan sonra Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazirliyə çağırılan səfir Əmin-Nejada Fransanın aprelin 13-nə keçən gecə İranın İsrailə hava hücumunu pislədiyi bildirilib.

Bəyanatda İranın “məsuliyyətsiz” hücumunun “heç kəsin marağında olmayacaq yanğın riski” yaratdığı vurğulanıb.

İrandan Fransanın tərəfdaşı İsrailin təhlükəsizliyini və regional sabitliyi təhdid edən "ciddi və görünməmiş" hərəkətlərinə son qoymağa çağırılıb.

Qeyd edək ki, Niderland, Almaniya və Belçika da İranın öz ölkələrindəki səfirlərini nazirliyə dəvət edib.

Malik Atilay

 





16.04.2024    çap et  çap et