525.Az

Danimarkada tarixi bina yandı


 

Danimarkada tarixi bina yandı<b style="color:red"></b>

Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid keçmiş birja binası Borsendə yanğın baş verib.

525.az xəbər verir ki, Kopenhagendə parlament binasının daxil olduğu Kristiansborq sarayının yaxınlığındakı tarixi birja binasında naməlum səbəbdən yanğın baş verib. 

Yanğın zamanı binanın 17-ci əsrdə tikilmiş təxminən 56 metr hündürlüyündəki qülləsinin ucu dağılıb.

Polis qrupları binanın yerləşdiyi, ictimaiyyətə açıq olmayan, lakin zaman-zaman qala yeməkləri, konfranslar kimi tədbirlərin keçirildiyi küçəni bağlayaraq ətrafda təhlükəsizlik tədbirləri görüb.

Məhəmməd Tağıyev

 





16.04.2024    çap et  çap et