525.Az

Uqandada epidemiya: "Qırmızı göz" xəstəliyi 7500 adamda görülüb


 

Uqandada epidemiya: <b style="color:red">"Qırmızı göz" xəstəliyi 7500 adamda görülüb</b>

Son 3 həftədə Uqandada yoluxucu "qırmızı göz" (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayı 7500-ü keçib.

525.az xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında "qırmızı göz" xəstəliyinin ölkə daxilində artdığı qeyd edilib. Açıqlamada son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində artan halların Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə çox olduğu vurğulanıb.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin fabriklər, bazarlar, meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Məhəmməd Tağıyev

 





16.04.2024    çap et  çap et