525.Az

İran Prezidenti istənilən zərbəyə cavab verəcəklərini bildirib


 

İran Prezidenti istənilən zərbəyə cavab verəcəklərini bildirib<b style="color:red"></b>

İranın maraqlarına zidd olan istənilən addım zərbə ilə nəticələnəcək.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi bildirib.

“Təcavüzkarı cəzalandırmaq məqsədi ilə əməliyyat uğurla həyata keçirilib. İndi biz qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım belə, mütləq dəhşətli, genişmiqyaslı və ağrılı cavabla qarşılaşacaq”, – deyə Prezident Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı deyib.

Qeyd edək ki, bundan əvvəl məlum olub ki, ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Binyamin Netanyahuya İrana qarşı cavab tədbirləri görməməsi barədə xəbərdarlıq edib. Xüsusilə Amerika lideri işarə edib ki, Vaşinqton Tehranla münaqişəyə cəlb olunmaq istəmir və regionda vəziyyətin gərginləşməsindən ehtiyat edir.

Havar Şəfiyeva 

 





16.04.2024    çap et  çap et