525.Az

Nəsli kəsilmiş 3 yeni kenquru növü aşkar edilib


 

Nəsli kəsilmiş 3 yeni kenquru növü aşkar edilib<b style="color:red"></b>

Avstraliyanın Flinders Universitetinin tədqiqatçıları 5 milyon il əvvəl Avstraliyada yaşadığı təxmin edilən üç yeni kenquru növünü kəşf etdiklərini açıqlayıblar.

525.az xəbər verir ki, “Megataxa” jurnalında dərc olunan məqaləyə görə, Flinders Universitetinin tədqiqatçıları müxtəlif muzeylərdən əldə edilən tapıntıları Kallabonna gölü ətrafında aşkar edilən fosillərlə müqayisə edərkən nəsli kəsilmiş “protemnodon” cinsinə aid 3 yeni kenquru növü aşkar ediblər. 

Yeni növlər "protemnodon viator", "protemnodon mamakurra" və "protemnodon dawsonae" adlandırılıb. "Viator" adlı 170 kiloqram ağırlığında olan növlərin bir-birindən çox fərqli 3 növün ən böyüyü olduğu düşünülür.

Malik Atilay 

 





16.04.2024    çap et  çap et