525.Az

Meksikada helikopter qəzası - 3 ölü


 

Meksikada helikopter qəzası - <b style="color:red">3 ölü</b>

Meksikada şəxsi helikopterin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, helikopter paytaxt Mexiko şəhərinin Koyoakan bölgəsində qəzaya uğrayaraq alovlanıb.

Hadisə zamanı 3 nəfər həyatını itirib, əraziyə axtarış-xilasetmə qrupları sövq edilib.

Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib.

Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Malik Atilay 

 





16.04.2024    çap et  çap et