525.Az

İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib


 

İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib<b style="color:red"></b>

İsrail ordusu Livanın cənubunda Hizbullah Hərəkatına aid binalara hava hücumu təşkil edildiyini açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, döyüş təyyarələri Hizbullaha aid olan və Livanın sərhəd bölgəsində Hizbullah üzvlərinin yerləşdiyi Mays əl-Cəbəl və Teyrharfa qəsəbələrini bombalayıb.

Hücum zamanı binaların tamamilə dağıldığı açıqlanıb.

Livanın rəsmi agentliyi olan NNA hücumla bağlı məlumat yayıb və İsrailin hava hücumu nəticəsində hər iki şəhərdəki evlərin zərər gördüyünü, lakin heç bir insan itkisinin olmadığını bildirib.

Malik Atilay 

 





16.04.2024    çap et  çap et