525.Az

İran: İsrailin hücumuna saniyələr ərzində cavab verəcəyik


 

İran: İsrailin hücumuna saniyələr ərzində cavab verəcəyik<b style="color:red"></b>

İran xarici işlər nazirinin müavini Əli Bagiri İsrailin mümkün hücumuna saniyələr ərzində cavab verəcəklərini bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, dövlət televiziyasında iştirak etdiyi proqramda danışan Bagiri, İsrailin İranın Dəməşqdəki konsulluğuna hücum edərək “strateji səhv” etdiyini bildirib.

Bagiri İranın bununla da özünümüdafiə çərçivəsində hərbi və müdafiə qabiliyyətini nümayiş etdirdiyini bildirib və əlavə edib: "Sionist rejim bilməlidir ki, əgər növbəti səhvə yol versə, 12 gün gözləməyəcəyik və cavabı saniyələr içində veriləcək". 

İranın hər ehtimala hazır olduğunu bildirən Bagiri: "Sionistlər ikinci səhvə yol verməməlidirlər, çünki İranın reaksiyası daha sərt, daha güclü və daha sürətli olacaq", - deyib.

Malik Atilay 

 





16.04.2024    çap et  çap et