525.Az

Konqresmenlərdən Baydenə təzyiq


 

Konqresmenlərdən Baydenə <b style="color:red">təzyiq</b>

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ölkə prezidenti Co Baydenə təzyiq edərək, ondan İrana qarşı daha sərt yanaşmağı tələb edirlər.

525.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın məlumatına görə, Nümayəndələr Palatası bir sıra daxili mövzular üzrə planlaşdırılan səsvermədən imtina edib.

Nəticədə, Nümayəndələr Palatası bu həftə “İsrailə pilotsuz təyyarə hücumuna cavab olaraq İrana və onun tərəfdarlarına sanksiya tətbiq edən qanun layihələri üzrə” yeni səsvermələr təyin edib. Nəşrin yazdığına görə, qanun layihələri İrana qarşı sanksiyalar rejiminin sərtləşdirilməsini nəzərdə tutacaq və həmçinin anti-İsrail qruplarına, xüsusən də Fələstinin radikal HƏMAS hərəkatına qarşı yönələcək.

Havar Şəfiyeva 

 





16.04.2024    çap et  çap et